Dünyada silah ticarəti ötən 5 il ərzində ən yüksək həddə çatıb

Dünyada silah ticarəti ötən 5 il ərzində ən yüksək həddə çatıb

Soyuq müharibədən sonra ötən 5 il ərzində (2012-2016-cı il) silah satışı və mübadiləsi dünyada ən yüksək həddə çatıb.
 
Maide.Az xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SİPRİ) silah ticarətinin vəziyyətinə dair hesabat dərc edib.
Hesabatda 2012-2016-cı illərdə silah ixracatının həcminin həddən artıq artıdığı bildirilir. 
 
Hesabatda bildirilir ki, Qərbi Asiya bölgəsinə (Avropaya nisbətdə - Yaxın Şərq bölgəsi) qeyd olunan illər ərzində silah idxalı 2 dəfə artıb. 
Yəməndə yüzlərlə dinc sakini qətlə yetirən və bu ölkəyə vəşhicəsinə hücumlar təşkil edən Səudiyyə Ərəbistanı rejimi  Hindistandan sonra ikinci ən böyük silah idxalatçısıdır. Səud rejimi ən çox silahı Amerika və B.Britaniyadan idxal edir ki, bu ölkələrdən Səudiyyə Ərəbistana silah idxalının həcmi 212 faiz artıb. 
 
Hesabata görə, dünyada əsas silah idxalatçısı Asiya ölkələridir. Asiya ölkələri arasında Hindistan 13 faizlə Çin və Pakistanı qabaqlayıb. 
Hindistan silahların çoxunu Rusiyadan idxal edir. Səudiyyə Ərəbistanı rejimi isə əsas silahlarını Amerikadan idxal edir. 
 
Dünyada əsas silah ixracatçıları ABŞ və Rusiya, Çin, Almaniya və Fransadır. Dünya silah satışının yarısı ABŞ və Rusiyanın payına düşür. 
 
Hesabatda qeyd olunur ki, Vyetnam da öz silah idxalatını 202 faiz artırıb və 10 əsas idxalatçı ölkələr siyahısında yer alıb. 
 
Bundan öncə Vyetnam siyahıda 29-cu olub. 
 
Amerikanın silah ticarətində əsas 3 müştərisi Səudiyyə Ərəbistan, BƏƏ və Türkiyədir.

Google+ WhatsApp ok.ru