Dünyanın ən hündür kitabı; “Quran Əkbər”- FOTO

İndoneziyada “Quran Əkbər” adı ilə məşhur olan və dünyanın ən hündür taxtadan hazırlanmış kitabı hər il minlərlə insanın marağına səbəb olur və çox sayda insan  bu sənət əsərini görmək üçün cənubi Sumatranın Palembang şəhərinə axışır. 
 
Maide.az xəbər verir ki, taxtadan hazırlanmış bu böyük Quran Ehsaniyyə İslami mədrəsəsinin nəzarəti altında bir qrup xəttat, oyma ustası, dülgər və rəssam tərəfindən 2002-ci ildə başlanılıb və 7 il müddətinə hazırlanıb.Taxtadan hazırlanmış bu Quranda istifadə olan material termitlər qarşısında davamlıdır.
 
“Quran Əkbər”-in hazırlanmasına 170 min dollar vəsait xərclənib. Quran Kərimin 15 cüzünün surələri 315 fırlanma qabiliyyəti  olan taxta səhifənin üzərinə yazılıb. Bu ağacdan hazırlanmış sənət əsərinin hündürlüyü 5 mərtəbəli binanın hündürlüyü qədərdir.  Quranın bütün cüzləri yazıldıqdan sonra hazırkından bir neçə dəfə hündür olacağı bildirilir. /
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru