İŞİD Samirraya hücum etdi:36 nəfər həlak oldu, 65  nəfər yaralandı

İŞİD Samirraya hücum etdi:36 nəfər həlak oldu, 65 nəfər yaralandı

Cümə günü səhər İŞİD terro qruplaşmasının intiharçıları insanların sıx olduğu  Samirra şəhərinin yaxınlığındaİmam Hadi (ə) övladlarından “Seyyid Məhəmməd” ziyarətgahında  özlərini partladıblar. 
 
Maide.Az İraq  mediasına istinadən xəbər  verir ki, partlayış nəticəsində 36 zəvvar ölüb, 65 nəfər isə yaralnıb.
 
İraqın təhlükəsizlik qüvvələri bildirir ki, payrtlayışdan öncə iki intiharçı  və təhlükəsizlik qüvvələri arasında atışma baş verib və  onlar özlərini ziyarətgahın  ətrafında partladıblar və  üçüncü intiharçı bir müddət sonra özünü partladıb.
 
Ümumilikdə 5 intiharçı  ölüb, onlardan 3-ü  özünü  partladalaraq  ölüb və 2-si isə  təhlükəsizlik  qüvvələri tərəfindən öldürülüb. 
 
Partlayışlardan sonra təcili olaraq bölgəyə əlavə qüvvələr göndərilib və hazırda təhlükəsizlik qüvvələri vəziyyətə nəzarəti ələ alıb.  
 
 

Google+ WhatsApp ok.ru