İŞİD terrorçuları ailələrini Rəqqadan çıxarır

Rusiya Hava Qoşunları İŞİD terrorçu qruplaşmasının özlərinə paytaxt elan etdikləri İraqın Rəqqa şəhərini bombalamağa davam edir.
Maide.az xəbər verir ki, hücumlar səbəbindən İŞİD terrorçuları qorxuya düşərək Rəqqanı tərk etməyə başlayır.
Terrorçular ilk mərhələdə arvad və uşaqlarını şəhərdən çıxararaq nəzarətdə saxladıqları Mosul şəhərinə aparırlar.
Məlumat üçün bildirək ki, Rusiya hərbi təyyarələri Rəqqa şəhərində 50-dən çox İŞİD mövqeyi məhv edib.
Xatırladaq ki, Rəqqa şəhəri 2013-cü ilin mart ayında “Əl Qaidə” terrorçu qruplaşmasının “Əl Nusra Cəbhəsi” tərəfindən ələ keçirilib. Bu hadisədən bir neçə ay sonra İŞİD-in nəzarətinə keçən Rəqqa şəhəri paytaxt elan edilib. /

Google+ WhatsApp ok.ru