Dövlət ittihamçısı Leyla Yunusa və Arif Yunusa iş istədi - YENİLƏNİB

12.27 - Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edərək, Leyla Yunusun 11 il, Arif Yunusun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses avqustun 10-da davam etdiriləcək. 
 
***
Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla və Arif Yunusların məhkəməsi davam edir.
 
Әmakdaşımız xəbər verir ki, 6 avqust prosesi də yarımqapalı şəraitdə keçirilir. Məhkəmni izləməyə gəln jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri zala buraxılmayıb.
 
Vəkillər məlumat veriblr ki, proses zamanı Arif Yunusun vəziyyəti yenidən pisləşib. O, məhkəmə zalına gətirilərkən durumu yaxşı olmayıb. Bu səbədən iclas başlayan kimi Leyla Yunus həyat yoldaşının vəziyyətinin agır olduğunu, ona təcili şəkildə tibbi yardim göstərilməli olduğunu bildirib. O, Arif Yunusun infarkt həddində olduğunu deyib. Arif Yunus salındıqları şüşə kabinədə otura bilmədiyi üçün oradakı skamyanın üstünə uzadılıb. Vəziyyətin gərgin olduğunu görən hakimlər prosesdə fasilə elan ediblər. Məhkəmyə Təcili Tibbi Yardım cağırılıb.

Google+ WhatsApp ok.ru