Eldar Sabiroğlunun oğluna 3 ay həbs verildi-YENİLƏNİB

Bir müddət əvvəl prokurorluq orqanlarından xaric edilən Zərdab Rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov bu gün məhkəmə qarşısına çıxarılıb.
 
R. Səfərovun vəkili APA-ya bildirib ki, Binəqədi Rayon Məhkəməsində onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorluğun verdiyi təqdimata baxılıb.
 
Məhkəmənin qərarına əsasən, R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib./
 
***
 
Keçmiş müstəntiq Rüfət Səfərov saxlanılıb. Bu barədə azadliq.info-ya onun vəkili Bəhruz Bayramov məlumat verib.
 
Vəkil bildirib ki, Rüfət Səfərov barəsində qaldırılan cinayət işi üzrə dindirilmək üçün Baş Prokurorluğa çağırılıb və orada saxlanılıb.
 
R.Səfərov hazırda barəsində həbs qətimkan tədbiri seçilməsi Binəqədi rayon məhkəməsinə aparılır.
 
Rüfət Səfərovun həbs edilməsinə atası Eldar Sabiroğlu belə münasibət bildirib ki, bu, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ondan qisas almasıdır.
 
“Rüfət mənim qurbanım oldu. Mənim Ramiz Mehdiyevə qarşı çıxışlarım bu vəziyyətə gətirib çıxardı. Ramiz Mehdiyev mənim qisasımı oğlumdan aldı. Nə edə bilərik, qoy belə olsun. Mən sadəcə, bir daha ölkə başçısına müraciət edirəm, çox istərdim ki, dövlət rəhbərliyi bu prosesi nəzarətə götürsün”, – deyə Sabiroğlu Azadlıq qəzetinə bildirib.azadliq.info /
 

Google+ WhatsApp ok.ru