Ermənistanın yeni baş naziri məlum olub

Ermənistanın yeni baş naziri məlum olub

Ermənistanda yeni baş nazir təyin edilib.
 
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, prezident Serj Sarkisyan Karen Karapetyanın baş nazir təyin olunması haqqında fərman imzalayıb. 
 
Qeyd edək ki, K. Karapetyan 1963-cü ildə Azərbaycanda - Xankəndi şəhərində doğulub. 2010-2011-ci illərdə İrəvanın meri olub. "Qazprombank"ın 1-ci vitse-prezidenti postu da daxil olmaqla, "Qazprom"un strukturlarında yüksək vəzifələrdə çalışıb.
 

Google+ WhatsApp ok.ru