Şeyx Əli Salmanın həbs müddəti uzadıldı

Bəhreyn məhkəməsi milli-islami Vifaq Cəmiyyətinin həbsdə olan baş katiibi Şeyx Əli Salmanın həbs müddətini 22 aprel tarixinə kimi uzadıb.
Maide.az xəbər verir ki, Bəhreynin milli-islami Vifaq Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın 3-cü məhkəməsi  bu gün paytaxt Manamada təşkil edilib.
Məhkəmə iclasının təşkil edildiyi məhkəmə binasının çevrəsi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Vifaq Cəmiyyətinin rəhbər üzvlərinə məhkəmə iclasında iştirakına icazə verilməyib. 
Bəhreynin milli-islami Vifaq Cəmiyyətinin baş katibi Şeyx Əli Salman Bəhreyn xalqının azadlıq, ədalət səsini eşitdiyi üçün və  haqlı tələblərini dəstəklədiyi üçün 2014-cü ilin 28 dekabr tarixindən həbsdədir. /

Google+ WhatsApp ok.ru