Fətullahçılara qarşı böyük əməliyyat - 88 nəfər saxlanıldı

İstanbulun 9 şəhərində Fətullahçı Terror Təşkilatı /Paralel Dövlətə qarşı “himmət” əməliyyatı həyata keçirilib.
 
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Anadolu Cümhuriyyət Baş Prokorurluğunun 2004-2015-ci illər arasında sözügedən hərəkata qarşı təxminən 50 milyon türk lirəsi maliyyə dəstəyi edilməsi ilə bağlı araşdırmaya başlamışdı. Bu gün İstanbul polisinin keçirdiyi əməliyyatda “Terror təşkilatna üzv olma” və “Terrorun maliyyələşdirilməsinə dair qanuna müxalifət” iddiasıyla aralarında “Bank Asiya”nın əməkdaşlarının da olduğu 88 nəfər saxlanılıb. Hazırda əməliyyatlar davam etdirilir./
 

Google+ WhatsApp ok.ru