Finlandiya milli radio və televiziyasında Quran tilavət olunacaq 27 Fevral 2015 02:00 Xəbərlər Finlandiya milli radio və televiziyası elan edib ki, bundan sonra müsəlmanların müqəddəs kitabı Quranın tilavəti və şərhi bu ölkənin milli radiosundan yayımlanacaq. Maide.az xəbər verir ki, milli radiodan 60 proqram yayımlanacaq. Proqramda Quranın tilavət olunacaq və iki ekspert ayələrin tərcümə və şərh edəcəklər. Hər proqramın vaxtı yarım saat olacaq. Finlandiya milli radio və televiziyası elan edib ki, bu proqramların yayımına martın 7-dən başlanılacaq. “Məqsədimiz əhalinin Quran və müsəlmanların mədəniyyəti ilə tanış etməkdir”. Quran tilavəti və tərcüməsi ilə bağlı proqramın hazırlanmasında Finlandiya müsəlmanları aktiv iştirak edib. Qeyd edək ki, Finlandiyada 60 min müsəlman yaşayır./ Teqlər : #Finlandiya milli radio və televiziyasında Quran tilavət olunacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gürcüstanda növbədənkənar parlament seçkiləri keçirilə bilər Azərbaycan ərazisində mart ayına olan hava proqnozu açıqlanıb