Fransada təyyarə hava limanının binasına çırpılıb - VİDEO

Fransada təyyarə hava limanının binasına çırpılıb - VİDEO

Fransanın Nitsa şəhərindəki beynəlxalq hava limanında təyyarə qəzası qeydə alınıb.
 
Maide.Az "FaktXəbər"ə istinadən xəbər verir ki, "Kuwait Airways" aviaşirkətinin təyyarəsi eniş zamanı aeroportun binasına çırpılıb.
 
Aviaşirkətin yaydığı bəyanatda deyilir ki, hadisə zamanı xəsarət alan yoxdur
 
Bildirilir ki, insident dünən baş verib. Təyyarənin sol qanadında problem yarandığı üçün idaretmə çətinləşib. Nəticədə təyyarə Nitsa beynəlxalq hava limanı qarşısında yerləşən mərkəzi körpüdə dəyib.
 
Bütün sərnişinlər və ekipaj təyyarənin burun hissəsindən sağ-salamat evakuasiya edilib.

Google+ WhatsApp ok.ru