Fransa rəsmisi İrana gedir

Fransanın xarici işlər naziri Laurent Fabius gələn həftə İrana rəsmi səfərə gedəcək.
 
Bunu iyulun 21-də Fransa radiosuna Fabiusun özü deyib.  Səfər zamanı onun prezident Hassan Rohani ilə görüşü nəzərdə tutulur Fabiusun köməkçisinin France-Press agentliyinə verdiyi məlumata görə, səfər iyulun 29-da olmalıdır.
 
Qeyd edək ki, səfər İranın nüvə proqramı ilə bağlı iyulun 14-də Vyanada əldə edilmiş yekun nüvə sazişindən sonraya təsadüf edir.
 
Almaniyanın iqtisadiyyat naziri Sigmar Gabriel də iyulun 20-də Tehrana səfər edib.  Bu son 13 il ərzində nazir səviyyəsində Almaniya rəsmisinin İrana ilk səfəridir.  2016-cı ildə Tehranda Almaniya-İran iqtisadi komissiyasının görüşü gözlənilir./

Google+ WhatsApp ok.ru