Gəncədə fəal dindarlardan biri saxlanılıb

Gəncədə fəal dindarlardan biri saxlanılıb

 
Gəncədə yaşayan Tahir Abbasovlu adlı fəal inanclı bu gün polis tərəfindən saxlanılıb.
 
Yaxınlarının “İslaminSesi”nə bildirdiyinə görə, polis əməkdaşları Tahir Abbasovun işlədiyi yerə gələrək onu oradan polis bölməsinə aparıblar. Hazırda gəncəli dindarın polis bölməsindən məhkəməyə apardığı bildirilir.
 
Yaxınları Tahir Abbasovun qarşıdan gələn Aşura və Tasua günləri ilə bağlı saxlanıldığını ehtimal edirlər.
 

Google+ WhatsApp ok.ru