Güclü külək olacaq - Xəbərdarlıq 27 Sentyabr 2021 14:56 Xəbərlər Sentyabrın 28-dən oktyabrın 01-i gündüzədək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanını bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. 30-da şimal-şərq küləyi arabir 15-18 m/s-dək güclənəcək. Bu barədə "Qafqazinfo"ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 28-i şimal və şərq rayonlarından başlayaraq oktyabrın 02-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şimal və şərq rayonlarında isə yağışın güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Teqlər : #Güclü,#külək,#olacaq,#Xəbərdarlıq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İraq hökuməti: 'İsrail rejimilə razılaşmanı qəti şəkildə rədd edirik' Gürcüstan İrəvanla Bakı arasında platforma yaratmağı təklif edir