Gücüstanın Bolnisi rayonunda ‘Məbəs’ bayramı münasibətilə tədbir gecirilib -FOTO

Gücüstanın Bolnisi rayonunda ‘Məbəs’ bayramı münasibətilə tədbir gecirilib -FOTO

Gürcüstanın  Bolnisi rayonunda Həzrət Məhəmməd Peyğəmbərin (s) peyğəmbərliyə yetişdiyi gün  "Məbəs” bayramı  və “Merac” qəndili (Meraca yüksəldiyi gün) münasibəti ilə bayram tədbiri keçirilib. 
 
Maide.Az xəbər verir ki, Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə yerli din, elm, ictimaiyyət xadimləri və dövlət rəsmiləri və ətraf kəndlərdən dəvət olunan inanclı müsəlmanlar iştirak edib.
 
Mərasimin aparıcısı Bolnisinin baş axundu Hacı İfrət Əhmədov Quran tilavətindən sonra qonaqları salamlayıb təbrik və sonuncu Peyğəmbər və son din haqda fikirlərini söyləmək üçün sözü Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidova və Şərqi Gürcüstan müftisi Hacı Yasin Əliyevə verib. Sonra kürsüyə  Almaniyada yerləşən Alulbeyt Mədəniyyət Mərkəzinin sədri, din alimi Kərim Ucar, Türkiyə Diyanət İşləri Başkanlığının nümayəndəsi Hacı Ahmed Erdem və başqaları dəvət edilib.
 
Çıxış edən din rəhbərləri və qonaqlar Allahın rəsulu, Peyğəmbərlərin xatəmi Həzrət Məhəmmədin (s) həyat tərzindən, gətirdiyi kaml dinin insanlığa verdiyi örnəklərdən və mesajlardan söhbət açaraq, Onun ümməti hesab olunan müsəlmanların O Həzrəti düzgün öyrənib söz və davranışları ilə düzgün  tanıtmalarının, İslama mənsub olmalarını nümunəvi təmsil etmələrinin vacibliyindən danışıblar.
 
Bayram süfrəsi ətrafında keçirilən mərasimdə Almaniyadan dəvət olunan Hasan Babur öz qələmə aldığı və əslən Bolnisidən olan mərhum Azərbaycanlı  şair Zəlimxan Yaqubun  şeirlərini söyləyib.
 
İki saat müddətində davam edən mərasimdə çıxışlararası və sonda Kərbəlayi Səid Həsən ilahilər ifa edib.
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru