Gürcüstanda böyük kiberhücum baş verib 29 Oktyabr 2019 12:44 Xəbərlər Gürcüstanda Imedi və Maestro televiziya stansiyalarının, minlərlə vebsaytın irimiqyaslı kiberhücum nəticəsində sıradan çıxdığı xəbər verilir. Oktyabrın 28-də baş verən hücumlar şəxsi informasiyaların yerləşdiyi məhkəmə vebsaytlarını da əhatələyib. “Şəbəkə iflic olub. Siqnal almırıq, efirə çıxa, montaj kompüterlərini işlədə bilmirik. Mümkün qədər tez efirə qayıtmağa çalışırıq!”, – Imedi-nin sözçüsü Irakli Chikhladze Facebook-da yazıb. Maestro TV serverinə haker hücumu olduğunu bildirib. “Telekanalın yayımı dayandırılıb. Kanalın İT xidməti yayımı bərpa etməyə çalışır”, – telekanal bildirib. Ölkənin Daxili İşlər Nazirliyi müxtəlif vebsaytlara şübhəli kiberhücumlarla bağlı təhqiqata başlayıb. Bir çox hallarda vebsaytların ana səhifələrində keçmiş president Mikheil Saakashvili-nin fotosu, “Qayıdacağam!” sözüylə birlikdə peyda olub. Bu haqda BBC yazır. BBC qeyri-hökumət təşkilatları və özəl şirkətlərinki daxil olmaqla ümumilikdə 2 mindən artıq vebsaytın hədəfə alındığını xəbər verir. /Azadliq.org Teqlər : #Gürcüstanda,#böyük,#kiberhücum,#baş,#verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ-ın bu şəhərində ilk məscidin açılışı olub Hüquq müdafiəçini maşın vurub - YENİLƏNİB/VİDEO