Gürcüstanda dini xəritələr təqdim olunub 21 Noyabr 2018 09:51 Xəbərlər Dini Məsələlər üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə hazırlanan bölgələrə görə vətəndaşların hansı dinə mənsub olmaları və dini ibadət məkanlarını əks etdirən xəritələr gürcü və ingilis dillərində iri müqəvvalarda çap olunub. Maide.Az "24News.ge"ə istinadla xəbər verir ki, Yeni xəritə dövlətə, bütün maraqlı qurumlara və təşkilatlara Gürcüstanın dini tərkibinə uyğun fəaliyyətlərini planlaşdırmaq və həyata keçirmək imkanı verəcəkdir. Ciddi və uzunmüddətli işin nəticəsi olan bu xəritə, ölkənin vətəndaşlarına, habelə turistlərə əhəmiyyətli yardım göstərəcəkdir. Bu münasibətlə ötən gün Tbilisidə həmin xəritələrin təqdimatı keçirilib. Təqdimatda dini icmaların rəhbər və nümayəndələri, dövlət rəsmiləri, beynəlxalq təşkilatlar və Gürcüstandakı diplomatik korpus nümayəndələri iştirak ediblər. Teqlər : #Gürcüstanda,#dini,#xəritələr,#təqdim,#olunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünyada mina partlayışından ölən insanların sayı artıb Xəzəryanı ölkələrin jurnalist təşkilatlarının ittifaqı yaradıla bilər