Həmas sionist rejimin daha bir vertolyotunu vurdu 31 İyul 2014 01:00 Xəbərlər HƏMAS-ın hərbi qolu “İzzəddin Əl-Qəssam” briqadası Qəzzanın şimalında İsrail rejiminə aid Apaçi vertolyotunu vurub. Maide.az-ın Fələstin Məlumat Mərkəzinə istinadən məlumatına görə, vurulan vertolyot yerə çırpılıb. Qeyd edək ki,İzzəddin əl-Qəssam briqadası artıq işğalçı rejimin ikinci Apaçi tipli vertolyotunu vurub. Bundan öncə iyul ayının əvvəllərində də “Sam7” raketləri ilə fələstinlilərə aid evləri hədəfə alan bir vertolyotu vurmuşdu. Beynəlxalq KİV-lərin məlumatına görə, son günlər Fələstin Müqavimət Hərəkatı Qəzza səmasında işğalçı israil vertolyot və qırıcılarına qarşı hücumları intensivləşdirib. / Teqlər : #Həmas sionist rejimin daha bir vertolyotunu vurdu , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İqtidar Leyla Yunusu niyə həbs etdi ?! - xronika və şok məlumatlar BMT axır ki, İsrailin hərbi cinayətlərindən danışdı