Hər 3 şikayətçidən 1-i haqlı çıxıb

Dövlət Sığorta Nəzarəti Xidmətinə sığorta şirkətlərinin fəaliyyəti barədə 450 şikayət daxil olub

Bu ilin 1-ci yarısında Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinə (DSNX) sığorta şirkətlərinin fəaliyyəti barədə 450 şikayət daxil olub.

Bu barədə fins.az-a DSNX-nin şöbə müdiri Mahir Abdullayev məlumat verib.

Onun dediyinə görə, araşdırma nəticəsində şikayətlərin 150-də əsassız imtina halı aşkar edilib. Son nəticədə 327 min manatdan artıq sığorta ödənişinin verilməsi təmin olunub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 177 min manat çoxdur.

Google+ WhatsApp ok.ru