Hacı Tale Bağırovun həbs müddəti 4 ay uzadıldı 13 Avqust 2014 01:00 Xəbərlər Bu gün həbsdə saxlanılan ilahiyyatçı Hacı Tale Bağırovun məhkəmə iclası keçirilib Avqustun 13-də Sabunçu rayon Məhkəməsində hakim Süleyman Ağayevin sədrliyi ilə ilahiyyatçı Tale Bağırovun kamerasında mobil telefon tapılması ittihamı ilə bağlı məhkəmə prosesi keçirilib. Bağırovun vəkili Elvin Nəbiyevin “İslamazeri.az” saytına verdiyi məlumata görə, bu günkü prosesdə dövlət ittihamçısı Şöhrət Əhmədov çıxış edərək, Tale Bağırovun sözü gedən ittihamla bağlı 5 ay müddətində azadlıqdan məhrum edilməsini istəyib: “Tale Bağırovun özü də çıxış edərək verilən qərardan, müddətdən və zindanda olmasından asılı olmayaraq, həmişə azad olduğunu məhkəməyə bildirdi. Yekunda hakim, Tale Bağırova 4 ay azadlıqdan məhrumetmə cəzası verdi.” Xatırladaq ki, Sabunçu rayon Məhkəməsi Tale Bağırov barəsində 2 il müddətinə azadlıqdan məhrum etmişdi, bu qərarla da ona verilən həbs müddəti 2 il 4 ay oldu. / Teqlər : #Hacı Tale Bağırovun həbs müddəti 4 ay uzadıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanı ATƏT-in Minsk Qrupundan imtinaya çağırdılar Beyləqanda Milli Qəhrəmanın anım günü keçirildi