Hamı birlikdə  FƏRƏC duası oxuyaq kompaniyası keçiriləcək

Hamı birlikdə FƏRƏC duası oxuyaq kompaniyası keçiriləcək

Həzrət Mehdi Sahib Zamanın (a.f) mübarək mövludu münasibəti ilə Şəban ayının 15-də "hamı birsəslə FƏRƏC duası oxuyaq" kompaniyası keçiriləcək.
 
Maide.Az xəbər verir ki, Bəqiyyətullahul-Əzəm, bəşəriyyətin xilaskarı, gözlənilən və vədə verilmiş münci və Allahın yer üzündəki sonuncu höccəti Həzrət İmam Mehdinin (ə.f) mübarək mövludu günündə, Cümə günü, ŞƏBAN ayının 15-də (12 May 2017) İran İslam Respublikasında "hamı birsəslə FƏRƏC duası oxuyaq" kompaniyası keçiriləcək.
 
Bu kompaniya Həzrət İmam Mehdinin (ə.f) mübarək mövludu günündə yerli vaxtla günün birinci yarısında,  saat 12:00-da (Bakı vaxtı ilə saat 11:30) keçiriləcək. Həmin saatda ölkənin hər bir yerində hamı bir vaxtda və bir səslə FƏRƏC duası oxuyacaq.
 
Xəbərdə bildirilir ki, bütün düyna müsəlmanları bu dua kompaniyasında iştirak etmək üçün dəvətlidir.
 
Qeyd edək ki, hədis qaynaqlardında gələn çoxsaylı rəvayətlərə görə, İmam Mehdinin (ə.f) fərəc duasını oxumaq təkid edilmiş əməllərdəndir və bir çox təsir və bərəkətləri vardır.(iqna)

Google+ WhatsApp ok.ru