Hepatit dərmanlarının koronavirusa qarşı səmərəliliyi təsdiqlənib 26 İyun 2020 13:16 Xəbərlər Hepatit C xəstəliyinə qarşı istifadə olunan daklatasvir və sofosbuvir koronavirusun müalicəsində də kömək edə bilər. Bu, bir qrup braziliyalı alimin keçirdiyi müşahidə nəticəsində müəyyən edilib. Qeyd olunub ki, bu preparatlar üç müxtəlif hüceyrədə, o cümlədən ağciyər hüceyrələrində infeksiyanın yayılmasının qarşısını alıb. Alimlər həmçinin bildirib ki, yoluxmuş hüceyrələrdə iltihab proseslərinə səbəb olan maddələrin yaranması ləngiyir. Alimlərin fikrincə, ilkin mərhələdə virusa qarşı bu preparatlarn qəbulu ağır yoluxma hallarının sayını azalda bilər. /Trend Teqlər : #Hepatit,#dərmanlarının,#koronavirusa,#qarşı,#səmərəliliyi,#təsdiqlənib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyədə güclü zəlzələ oldu Hindistan Çin və Pakistanla savaşa hazırlaşır