Heydərovun nəşr etdirdiyi kitabı Amaşovun oğlu tərcümə edib

Xəbər verdiyimiz kimi dünən britaniyalı yazar Liam Foksun “Şahə qalxan dalğalar. Yeni eranın çağırışları ilə üz-üzə” kitabının təqdimatı baş tutub. 
 
“Qafqazinfo” xəbər verir ki, Tale Heydərovun rəhbərlik etdiyi Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təsis olunan “TEAS Press” Nəşriyyat Evi tərəfindən nəşr edilən kitabın tərcüməçilərindən biri də Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun oğlu Orxan Amaşovdur. 
 
Qeyd edək ki, Orxan Amaşov Londonda (University Coliege London - UCL) hüquq fəlsəfəsi ixtisası üzrə təhsil alıb.
 
“Qafqazinfo” bununla bağlı Orxan Amaşovdan münasibət öyrənmək istəsə də, tərcüməçi açıqlama vermək niyyətində olmayıb. O, bildirib ki, gördüyü bu iş haqqında danışmaq istəmir. 

Google+ WhatsApp ok.ru