Hindistanda koronavirusa görə fövqəladə vəziyyət elan edilib 04 Fevral 2020 10:59 Xəbərlər Hindistan hökuməti Kerala ştatında yeni növ koronavirusa yoluxmanın təsdiqlənmiş üç halı ilə əlaqədar fövqəladə vəziyyət elan etdiyini açıqlayıb. Bu barədə “Report” TASS-a istinadən xəbər verir. Ştatının səhiyyə naziri bildirib ki, fövqəladə vəziyyət rejiminin elan edilməsi insanları qorxutmamalıdır, bu, virusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlərin gücləndirilməsidir. Xatırladaq ki, ötən ilin son günündə Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatına ölkənin mərkəzi hissəsindəki Uhanda naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumat verib. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus (2019-nCoV) olduğunu müəyyənləşdirib. Teqlər : #Hindistanda,#koronavirusa,#görə,#fövqəladə,#vəziyyət,#elan,#edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İslam Əməkdaşlıq Təşkilatı Donald Trampın sülh planını rədd edib İraq Baş Naziri: 'İraqlı etirazçıların tələblərini yerinə yetirməyə sadiqəm '