Hizbullah əl-Qələmunda əl-Nüsrə Cəbhəsinin 80% bazalarını ələ keçirib

Livan Hizbullahının müqavimət qüvvələri strateji əl-Qələmun bölgəsində əl-Nüsrə Cəhbəsi bazalarının 80%-nə nəzarəti ələ keçirib.
Maide.az əl-Nəşrə xəbər portalına istinadən məlumat verir ki, Livan və Suriyada əl-Qələmun məntəqəsinin 330 kilometri indiyə qədər azad olunub.
Azad olunan ərazinin 56 kilometri Livan, 274 kilometri isə Suriyada yerləşir.
Müqavimət qüvvələri terrorçuların 40 bazasının ətrafını ələ keçiriblər. Artıq 10 gündür ki, Suriya ordusu və Livan Hizbullahı qüvvələri ilə əl-Nüsrə Cəbhəsi, Ceyşül-Fəth və bəzən də İŞİD terrorçuları arasında əl-Qələmun dağlıq bölgəsində yeni toqquşmalar başlanıb.
Livan Hizbullahı baş katibi Seyid Həsən Nəsrullahın dediyinə əsasən bu strateji məntəqənin müqavimət qüvvələrinin nəzarətinə keçməsi regiondakı prosesləri dəyişə bilər./

Google+ WhatsApp ok.ru