Hüquq müdafiəçiləri polis idarə və bölmələrində monitorinq keçiriblər

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və köməkçisi Bəhmən İmanov Sumqayıt şəhər Polis İdarəsinin müvəqqəti saxlanma yerində, Sumqayıt şəhər 1 və 3-cü polis bölmələrində monitorinq keçiriblər.
 
Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, monitorinq zamanı saxlanılan şəxslərin saxlanma şəraiti ilə maraqlanıblar: “Monitorinq zamanı saxlanılan şəxslərlə görüşdük. Onların saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri olmadı”.

Google+ WhatsApp ok.ru