Şimal bölgəsinə qar yağıb, temperatur mənfi 11 dərəcəyədək enib 11 Yanvar 2020 10:29 Xəbərlər Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti dəyişib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, bölgənin bəzi yaşayış məntəqələrinə qar yağıb. Qubanın Xınalıq və Qrız kəndlərində qarın hündürlüyü 5 sm, Qusarın Ləzə kəndində isə 8 sm-ə çatıb. Ən aşağı temperatur isə Qubanın Qrız kəndində qeydə alınıb. Burda temperatur mənfi 11,8 dərəcəyədək enib. Teqlər : #Şimal,#bölgəsinə,#qar,#yağıb,#temperatur,#mənfi,#dərəcəyədək,#enib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Pakistanda məsciddə partlayış zamanı olənlərin sayı artıb Bolqarıstanda yaşayış binası partladı - Xəsarət alanlar var