Çindən Trampa CAVAB

Çindən Trampa CAVAB

“Çin istənilən formada kiberhücumların əleyhinədir və digər ölkələri, o cümlədən ABŞ-ı "bir-birinə barmaq silkələməyə" deyil, əməkdaşlığa çağırır”.
 
Modern.az saytının xarici KİV-ə istinadla xəbərinə görə, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lu Kan deyib.
 
L.Kan bildirib ki, Çin digər ölkələrlə kiber məkanın müdafiəsi sahəsində əməkdaşlığa sadiqdir.
 
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp mətbuat konfransında Çin və Rusiyanı ölkəsinə qarşı kiberhücumlarda ittiham edən ABŞ xüsusi xidmət orqanları ilə razılaşdığını bildirib. /

Google+ WhatsApp ok.ru