Jurnalist Nicat Əliyev “zon”a köçürüldü 08 İyul 2014 01:00 Hüquq Azadxeber.net saytının baş redaktoru Nicat Əliyev 2 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb Bu barədə İslamazeri.az saytına vəkil Yalçın İmanov məlumat verib. O, saytımıza açıqlamasında qeyd edib ki, “Mən keçən həftənin 3-cü günü Bakı İstintaq Təcridxanasında (Kürdəxanı) jurnalist Nicat Əliyevlə görüşdüm. O, mənə dedi ki, sabah yəni iyul ayının 3-ü Bakı şəhəri Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 2 saylı Cəzaçəkmə müəssisəsinə köçürüləcək. Mən Nicat Əliyevlə görüşmək üçün penitensiar xidmətə məktub ünvanlamışam. Məktubuma cavab gəldikdən sonra müvəkkilim Nicat Əliyevlə görüşəcəyəm.” Qeyd edək ki, jurnalist Nicat Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərlənərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Teqlər : #Jurnalist Nicat Əliyev zona köçürüldü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Baş redaktor Avropa məhkəməsinə müraciət edəcək Azərbaycan hökuməti qanunsuz tikililərlə bağlı müvafiq qərar qəbul edəcək