Jurnalist Xalid Qarayevə 25 sutka cəza verildi

Məhkəmə Xalid Qarayevə 25 sutka həbs cəzası verib.
***
Xalid Qarayev və vəkili çıxış edəndən sonra hakim müşavirəyə gedib.
***
Məhkəmədə Adil Əliyev və Elnur Qasımov adlı şahidlər hal şahidliyi edərək Xalidin söyüş söydüyünü deyiblər. Elnur Qasımov birinci dəfədir hal şahidliyi etdiyi və cəmi bir dəfə 45 sutkalıq inzibatı cəza çəkdiyini etiraf edib. Lakin vəkillər onun narkotik işi ilə bağlı hal şahidliyi etdiyini deyiblər. X.Qarayevin vəkili Bəhruz Bayramov hadisə yerində kameralara baxış və Xalidin ruhi sağlamlıq vəziyyətinin yoxlanılması ilə bağlı iki vəsatət qaldırıb. Lakin məhkəmə vəsatətləri təmin etməyib. Məhkəmə Xalid Qarayevin sağlamlıq durumunun normal olduğunu və kameralara baxışa ehtiyac olmadığını deyib. Öz növbəsində Xalid Qarayev həbsinin siyasi və jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib.
Məhkəmə müşavirəyə gedib.

***
“Azadlıq” qəzetinin və “Azərbaycan saatı” teleproqramının əməkdaşı, AXCP üzvü Xalid Qarayev Binəqədi rayon məhkəməsinə aparılıb. Onu polislər dünən Binəqədi rayonu ərazisində saxlayıblar. Xalid Qarayev guya küçədə gedərkən ünvansız söyüş söyməkdə ittiham olunur.
Xalid Qarayevi məhkəmənin önündə jurnalist həmkarları və AXCP fəalları qarşılayıb. Xalid Qarayev nikbin əhvalda dostlarına "Hər şey əla olacaq" deyib, məhkəmə zalına keçib. deyerler /

Google+ WhatsApp ok.ru