Kabildə partlayış: 5 nəfər ölüb, 11 nəfər yaralanıb 14 İyul 2020 14:48 Xəbərlər Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində uşaqlar və qadınlar daxil olmaqla 5 nəfər ölüb, 11 nəfər yaralanıb. Maide.Az "report"a istinadla xəbər verir ki, bunu yerli hakimiyyət nümayəndəsi bildirib. Hadisə iyulun 14-də səhər saatlarında baş verib. Surobi rayonunun Ceqdalaq kəndində avtomobil mina düzülən yoldan keçərkən partlayış olub. Teqlər : #Kabildə,#partlayış:,#nəfər,#ölüb,#nəfər,#yaralanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ-ın büdcə kəsiri rekord həddə çatıb Azərbaycanda turizm sektorunda ciddi tənəzzül yaranıb