Kanal12 və On4 televiziyasının binaları möhürləndi - FOTO

Kanal12 və On4 televiziyasının binaları möhürləndi - FOTO

Yanvarın sonunda fəaliyyəti dayandırılan Kanal12 və On4 televiziyasının binaları möhürlənib
 
Ötən ayın sonunda "qanun hökmündə qərarnamə" ilə fəaliyyətləri dayandırılan iki şiə telekanalı olan Kanal12 və On4 televiziyasının binaları da möhürlənib.
 
Bununla bağlı On4 televiziyasının İdarə heyətinin sədri Kadir Akaras açıqlama verib.
 
O açıqlamasında "Kanallarımızın KHK "qanun hökmündə qərarnamə" ilə qapatıldıqdan sonra prosedur olaraq iş möhürlənmə idi. Dünən bu da gerçəkləşdi. Biz də ilk andan etibarən etiraz ərizələrimizi verib lazım olan addımı atdıq. Ayrıca lazım olan görüşlər də keçirərək özümüzün haqlı, telekanalların haqsız yerə qapadılmasını anladırıq. İşlərimizə fasiləsiz olaraq davam etməkdəyik. Camiəmizin dua və dəstəyi ilə haqqımızı alana qədər vacibi addımları atacağıq. Dualarınızı əksik etməyin İnşəllah", -deyə bildirib. (İslamazeri)

 

Google+ WhatsApp ok.ru