`Kanal 13`ün direktoru azadlığa buraxıldı 05 Aprel 2018 01:00 Hüquq -- Əziz Orucov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tədbiq edilib. "Kanal 13” internet televiziyasının həbsdə olan direktoru Əziz Orucovun cinayət işi üzrə məhkəmə bitib. Maide.Az xəbər verir ki, Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Vəkil Cavad Cavadlının verdiyi məlumata görə, Əziz Orucovun cəzası 3 ilə salınıb. Əziz Orucov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tədbiq edilib. Prosesdə Əziz Orucovun özü iştirak etməyib. O, saxlandığı cəza çəkmə müəssisəsindən buraxılacaq. Qeyd edək ki, Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham verilib. Bakı Ağır Cinayətlər Məhkəməsində Əziz Orucov 6 il müddətə azadlıqdan məhrum edilmişdi. Teqlər : #`Kanal 13`ün direktoru azadlığa buraxıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Elçin Qasımov və daha 11 nəfər barəsində hökm qüvvədə saxlanıldı Aprelin 13-də ilahiyyatçılar Zülfüqar Mikayılov və Elman Ağayevin məhkəməsi keçiriləcək