Kanal rəhbərinin məhkəməsində hüquq müdafiəçisi ifadə verdi 17 Oktyabr 2017 01:00 Hüquq Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal-13" internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Maide.Az APA-ya istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi iclasda şahid qismində "Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzi"nin sədri Mirvari Qəhrəmanlı ifadə verib. Bildirib ki, "Kanal 13"-lə müqavilə bağlayıblar və bir sıra maarifləndirici verilişlər çəkilib. Ə.Orucov isə deyib ki, müqavilələrlə bağlı vergilər ödənilib. M. Qəhrəmanlı bildirib ki, “Kanal 13”-ə Əziz Orucov rəhbərlik edib və onu saf, ədalətli bir jurnalist kimi tanıyır. Şahid Alış Abdulla isə kanalda təcrübə keçdiyini, maaş almadığını deyib. O, Ə. Orucovun maddi sıxıntılarının olduğunu qeyd edib. Şahid Ruslan Əhmədov isə kanalda üç ay müxbir kimi çalışdığını, əmək müqaviləsi bağladığını və ayda 300 manat maaş aldığını bildirib. Proses oktyabrın 24-də davam edəcək. Teqlər : #Kanal rəhbərinin məhkəməsində hüquq müdafiəçisi ifadə verdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda kredit borcunu ödəməyənlərin cəzası yüngülləşdirilir - VİDEO Cəzaların çəkilməsi təxirə salına bilər