Kazanda iftar süfrəsi 30 məscitdə keçiriləcək

Tatarıstan Müsəlmanları Ruhani İdarəsi müqəddəs Ramazan ayı boyunca iftar süfrəsi  təşkil edəcək.
 
Maide.Az xəbər verir ki, idarə iftar veriləcək məscidlərin siyahısını təşkil edib. 
 
Məlumata görə, bir neçə məscid müqəddəs Ramazan ayı boyunca geniş iftarlar təşkil edəcək. Misal kimi "Yardım"məscidini gətirmək olar. Onlar ay boyunca 1000-ə yaxın insana iftar süfrəsi təşkil edəcəklər. "Mərcan" kimi məscidlər isə gündəlik 150-nəfər insanı qonaq edəcəklərini açıqlayıblar. 
 
Xatırladaq ki, iftar süfrəsində milliyyətindən və dini etiqadından asılı olmayaraq hər kəs iştirak edə bilər. /

Google+ WhatsApp ok.ru