İki ay ərzində Azərbaycanın ÜDM-i 3 faiz artıb

İki ay ərzində Azərbaycanın ÜDM-i 3 faiz artıb

 Bu ilin yanvar-fevral aylarında Azərbaycanda ümumi daxili məhsul 11 milyard 484,5 milyon manat (6,755 milyon ABŞ dolları) təşkil edib. Müqayisəli qiymətlərlə ölkənin ÜDM-i 2018-ci ilin analoji dövrü ilə müqayisədə 3% artıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
 
ÜDM istehsalının 47,2 faizi sənayenin, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 5,4 faizi tikintinin, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 15,7 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,2 faizini təşkil edib. 

Google+ WhatsApp ok.ru