Kreditlər kartla yox, barmaq izi ilə veriləcək

 Yaponiya hökuməti alış veriş üçün yeni ödəmə sistemi tətbiq etməyə hazırlaşır. Yeni üsul bank kartları, pul və ya xüsusi modullu smartfonlar olmadan nağdsız ödənişə imkan verəcək. İdentifikasiya  barmaq izləri üçün skanerin  köməyi ilə aparılacaq. 
 
Gündoğar ölkənin hökuməti hesab edir ki, yenilik bu sahədə olan  cinayətkarlığın səviyyəsini xeyli azaldacaq. Belə ki, artıq kredit kartları, pulları ya digər ödəmə vasitələrinin oğurlanmasından qorxmaq laxım olmayacaq. 
 
Bundan başqa yeni sistem turistlər üçün də çox sərfəlidir. Onların valyuta mübadiləsi xidmətindən istifadəsinə ehtiyac qalmayacaq, həmçinin üzərlərində kredit kartları, ya külli miqdarda pul gəzdirməyə ehtiyac olmayacaq.
 
Təşəbbüs 2020-ci ildə Tokioda Olimpiya oyunları zamanı həyata keçiridəcək.FaktXəbər/
 

Google+ WhatsApp ok.ru