KİV: Ermənistan Rusiyaya qarşı sanksiyaların təsirini artıq öz üzərində hiss edir

Ermənistan Avrasiya Gömrük İttifaqına (AGİ) daxil olmasa da, Qərb tərəfindən Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların təsirini artıq öz üzərində hiss edir.
 
Maide.az-ın  məlumatına görə, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.
 
“Bu yaxınlarda Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Rusiyaya qarşı sanksiyalardan və AGİ-yə daxil olmaq perspektivləri barədə danışarkən Ermənistanın bu quruma qatılmaq istəyini ölkənin strateji maraqları ilə izah etmişdi. Lakin bu gün - hələ ittifaqa daxil olmamışdan Ermənistan Qərbin sanksiyalarını öz üzərində hiss etməyə başlayıb. Buna ilk sübut kimi, Rusiyadan Ermənistana olan transfertlərin azalmasını göstərmək olar. Əgər 2013-cü ilin ikinci rübündə fiziki şəxslər tərəfindən Rusiyadan Ermənistana 369,5 milyon dollar köçürülmüşdüsə, bu göstərici bu ilin analoji dövründə 364,1 milyon dollar olub. 2013-cü ilin təkcə iyun ayında Rusiyadan Ermənistana 141 milyon dollar köçürülmüşdüsə, 2014-cü ilin iyun ayında 134 milyon dollar köçürülüb”, - deyə qəzetdə qeyd olunur.

Google+ WhatsApp ok.ru