İlahiyyatçı Elşən Mustafayevin məhkəməsi olub

İlahiyyatçı Elşən Mustafayevin məhkəməsi olub

Avqustun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri, ilahiyyatçı Elşən Mustafaoğlunun məhkəmə prosesi davam etdirilib.
 
Verilən məlumata görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
 
Məlumatda o da qeyd olunur ki, şahidlərdən heç biri E.Mustafaoğlunun əleyhinə ifadə verməyib.
 
Xatırladaq ki, ilahiyyatçı ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilmədiyini, ittiham aktı onun günahkar olduğunu sübut edən heç bir konkret fakt olmadığını deyib. İlahiyyatçı günahkar olduğu sübut ediləcəyi və konkret faktlar göstəriləcəyi halda özünü təqsirli biləcəyini etiraf edəcəyini deyib.
 
Qapalı keçirilən məhkəmə prosesi sentyabrın 6-da davam etdiriləcək.
 
Məlumat üçün bildirək ki, E.Mustafaoğlu bundan əvvəlki məhkəmə prosesində ləğv edilmiş MTN-də ondan Allahşükür Paşazadə və Milli Qəhrəman Rövşən Əkbərovun əleyhinə ifadə almaq istədiklərini demişdi.  
 
Xatırladaq ki, E.Mustafaoğlu 2014-cü ilin dekabr ayında həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. (musavat) /

Google+ WhatsApp ok.ru