İlahiyyatçı Elçin Qasımov 30 sutkalıq həbs edilib

İlahiyyatçı Elçin Qasımov barəsində məhkəmə qərarı çıxarılıb.
 
Vəkil Cavad Cavadov APA-ya açıqlamasında bildirib ki, E. Qasımov bu gün Sabunçu Rayon Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 310-cu (polisə müqavimət) maddəsi ilə təqsirləndirilərək 30 gün müddətinə azadlıqdan məhrum edilib.
 
Vəkil həmçinin qeyd edib ki, E. Qasımovla bərabər saxlanılan digər şəxslər barəsində də məhkəmə müxtəlif müddətlərə inzibati həbs qərarı çıxarıb.
 
Qeyd edək ki, ötən gecə ilahiyyatçı Elçin Qasımovun polis tərəfindən saxlanılmasına etiraz edən dindarlar Sabunçu RPİ-nin Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısına toplaşıblar. E. Qasımovun azad olunmasını tələb ediblər. Sabunçu Rayonu Baş Polis İdarəsinin qarşısında toplaşan etirazçılara müdaxilə olunub. 20-dən çox saxlanılan var.  

Google+ WhatsApp ok.ru