İlin sonuna əfv sərəncamı gözlənilir 01 Noyabr 2016 02:00 Hüquq 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günündə əfv sərəncamının veriləcəyi istisna edilmir. Hər il olduğu kimi bu ilin sonunda da cənab prezident tərəfindən əfv sərəncamının imzalanması gözlənilir. Maide.Az bildirir ki, bu sözləri Modern.az-a açıqlamasında Prezident yanında Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev deyib. Komissiya üzvü bildirib ki, ölkə başçısının bu il də öz səlahiyyətlərindən istifadə edərək bir qrup məhkumu sevindirəcəyi istisna deyil. “Bir qayda olaraq Azərbaycan prezidenti öz müstəsna səlahiyyətlərindən edərək, əfv sərəncamları imzalayır. Bu qərarların verilməsi cənab prezidentin səlahiyyətinə aid olduğu üçün növbəti əfv sərəncamının neçə nəfərə şamil olunacağı haqda danışa bilmərəm. İndiyə qədərki praktikada hər il bir qayda olaraq 31 dekabr günü əfv sərəncamları olub və yüzlərlə məhkum öz ailələrinə qovuşub. Əfv məsələləri üzrə komissiyanın katibliyində işlər gedir və daxil olan müraciətlər çeşidlənərək öyrənilir, müvafiq arayışlar hazırlanır”- Əliməmməd Nuriyev bildirib. Teqlər : #İlin sonuna əfv sərəncamı gözlənilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Akif Çovdarovun vəkili işlə tanış olmaq üçün vaxt istəyib Akif Çovdarovun həbsxanada ölən sahibkarın əmlakını ələ keçirməsi ilə bağlı bəzi faktlar məlum olub