Liviya təyyarəsini qaçıran şəxslər təslim olub -YENİLƏNİB

Liviya təyyarəsini qaçıran şəxslər təslim olub -YENİLƏNİB

*** İlk xəbər saat 16:31-də yayımlanıb
 
Liviyanın sərnişin təyyarəsini Maltaya qaçıran şəxslər hakimiyyət orqanlarına təslim olublar. Trend RİA Novosti agentliyinə sitinadən xəbər verir ki, bu barədə Maltanın Baş naziri Cozef Muskat məlumat verib.
 
Baş nazir qeyd edib ki, ekipajın axırıncı üzvləri təyyarəni cinayətkarlarla birlikdə tərk ediblər. Bundan sonra Maltanın xüsusi xidmət orqanlarının əməkdaşları təyyarəyə daxil olublar və onun salonunu yoxlayıblar. /

Google+ WhatsApp ok.ru