Ölkədə 6 yəhudi 2 bəhayi cəmiyyət rəsmi fəaliyyət göstərir

Ölkədə 6 yəhudi 2 bəhayi cəmiyyət rəsmi fəaliyyət göstərir

"2015-ci ildə Azərbaycanda 52 dini icma dövlət qeydiyyatına alınıb. Onların 49-u İslam, 3-ü qeyri-islam dini təmayüllü dini icmadır".
 
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Komitənin 2015-ci il üzrə illik hesabatında qeyd edib.
 
Komitə sədri vurğulayıb ki, qeydiyyata alınmış dini icmaların ümumi sayı 644-ə çatıb ki, onlardan da 620-si İslam, 24-ü qeyri-islam təmayüllüdür: "Qeyri-islam dini icmalardan 15-i xristian, 6-sı yəhudi, 2-si bəhai, 1-i isə krişna şüuru dini icmasıdır".

Google+ WhatsApp ok.ru