İlkin Məmmədlinin saxlanılması təsdiqləndi

Dekabrın 1-də gecə saatlarında “Azadxeber.az” saytının redaktor əvəzi İlkin Məmmədli yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsində saxlanılıb. Yaxınlarının verdiyi məlumata görə, Sabunçu rayon Polis İdarəsindən İlkin Məmmədlinin atasına oğlunun saxlanıldığını təsdiqləyiblər. Bildirilib ki, o, öncə idarəyə gətirilib, sonra isə şəhərə aparılıb. Hara aparıldığı deyilməyib. Ancaq onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsimə aparıldığı güman edilir.

Google+ WhatsApp ok.ru