Londonda son 16 ildə 500 kilsə bağlanıb və 400-dən çox məscid açılıb

Londonda son 16 ildə 500 kilsə bağlanıb və 400-dən çox məscid açılıb

Londonda 2001-ci ildən bəri xristianlığın müxtəlif məzhəblərinə mənsub 500 kilsə bağlanıb – Amerikanın “Gatestone İnstitute” analitik mərkəzinə istinadən İnterfax-Azerbaijan xəbər verir.
 
Eyni zamanda İngiltərə paytaxtında 423 məscid və İslam mərkəzi açılıb, hazırda 100 şəriət məhkəməsi fəaliyyət göstərir.
 
“Britaniya multikulturalistləri (çoxmədəniyyətliliyin tərəfdarları) “fundamentalizmi” qidalandırır. Londonistan öz 423 məscidi ilə ingilis xristianlığının xarabaları üzərində qurulub”, - deyə analitik mərkəzin araşdırmaçısı islamofobik yanaşmasını sərgiləyir.
 
Tədqiqatçıların fikrinə görə, Böyük Britaniya “getdikcə daha çox islami görkəm alır”.
 
“Bir sıra hallarda məscidlər köhnə kilsə binalarında bərqərar olur, İslamı qəbul edən köklü britaniyalıların sayı isə ilbəil artır”, - deyə mərkəzin mütəxəssisləri qeyd edirlər.
 
Birləşmiş Krallıqda xristian dini mənsublarının sayı ilbəil azalmaqdadır. Son məlumatlara görə, əhalinin yalnız 2%-i ingilis kilsəsinin müntəzəm ziyarətçiləridir. Buna rəğmən, müsəlmanların sayı ilbəil artmaqdadır. Bu, həm immiqrasiyaların davam etməsi, həm müsəlman immiqrantların nəslinin artması, həm də yerli əhalinin İslamı qəbul etməsi sayəsində baş verir. Hazırda Böyük Britaniyada 3 milyondan artıq müsəlmanın yaşadığı bildiririr. Müxtəlif analitik mərkəzlərin hesabatlarına əsasən, hər il təxminən 5000 britaniyalı İslam dinini qəbul edir. Bəzi şəhərlərdə müsəlmanlar artıq əhalinin 50%-ni təşkil etməkdədir.
 
Yaş tərkibinə gəlincə, Böyük Britaniyada hər 4 xristiandan biri 65 yaşdan yuxarı insan olduğu halda, müsəlmanların təqribən yarısını 25 yaşdan aşağı insanlar təşkil edirdır. Başqa sözlə, Britaniya xristianlarının mühüm hissəsini ahıl qocalar, müsəlmanlarının böyük hissəsini isə fəal cavanlar təşkil edir.
“Tendensiyaları nəzərə alsaq, (belə görünür ki), İngiltərədə xristianlıq keçmişin qalığına çevriləcək, İslam isə gələcəyin dini olacaqdır”, - deyə Geytstoun İnstitutunun tədqiqatçısı bildirir.
 
(Əlavə mənbələr: The Guardian, The Spectacular, Express və s.) (deyerler.org) 
 

Google+ WhatsApp ok.ru