İlqar Məmmədov azad olunacaqmı? - Bu gün məhkəmə var 18 Noyabr 2016 02:00 Hüquq Bu gün Ali Məhkəmədə “REAL” Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Musavat Partiyası başqanının müavini Tofiq Yaqublunun barələrində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılacaq. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərarın elan olunacağı gözlənilir. Qeyd edək ki, İ.Məmmədov və T.Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il, T.Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. T.Yaqublu bu il əfvlə azadlığa buraxılıb. Teqlər : #İlqar Məmmədov azad olunacaqmı? Bu gün məhkəmə var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Keçmiş MTN-in qadın generalının ev dustaqlığının müddəti uzadılıb Keçmiş MTN generallarına qarşı daha bir neçə maddə ilə ittiham irəli sürülüb