Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır 28 May 2020 11:18 Xəbərlər Səudiyyə Ərəbistanı hökuməti koronavirusa görə Məkkənin ziyarətinə tətbiq etdiyi qadağanı 2 mərhələdə yumşaldacaq. Maide.Az xəbər verir ki, məlumatı “Report” agentliyi yayıb. Yumşaldılmanın birinci mərhələsi mayın 31-də başlayacaq. Həmin gündən Məkkəyə giriş-çıxışa və saat 06.00-dan 15.00-dək küçəyə çıxmağa icazə veriləcək. Məlumata görə, Məscid-Haramda Cümə namazı başda olmaqla camaat namazlarına tətbiq edilən məhdudiyyətlər hələlik qüvvədə qalacaq. İkinci mərhələ isə iyunun 21-də başlayacaq. Həmin tarixdən Məkkədə saat 06.00-dan 20.00-dək küçəyə çıxmağa icazə veriləcək. Teqlər : #Məkkə,#Səudiyyə Ərəbistan,#həcc, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Enerji sənayesinə sərmayə azalır JP Morgan: Neftin qiyməti əvvəlki səviyyəyə qayıtmaya bilər