Maşallah Əhmədovun işində qeyri-müəyyənlik yaranıb

Bu gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan veteran futbolçu Maşallah Əhmədovun apelyasiya şikayətinə baxılıb.
 
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Həsən Əhmədov sədrlik edib.
 
Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb. Səbəb M.Əhmədovun müdafiəçisinin məhkəməyə əlavə dəlillər təqdim etməsi olub.
 
Qeyd edək ki, dələduzluqda təqsirləndirilən M.Əhmədovun barəsində dekabrın 17-də Binəqədi Rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
 
M.Əhmədovun vəkili bu qərardan şikayət verərək həbs-qətimkan tədbirinin ləğv edilməsini istəyib.

Google+ WhatsApp ok.ru