Maide.az-ın kitabxanasına yeni kitablar əlavə olundu

Hörmətli oxucular! Maide.az-ın Kitabxanasına 8 ədəd kitab əlavə olunub. Kitablardan biri "Mizanul-Hikmət"in xülasəsidir. Digər 2 kitab "Nəhcül-Bəlağə"nin birinciikinci cildidir. Bu kitablar diqqət və düşüncə ilə mütaliə edilsə, əbədi səadətə yol tapmaq olar. Kim ona əməl etsə, Allah və Peyğəmbərin razılığını əldə edər və onun nəticəsində dünya həyatında başı uca və qəlbi diri, qəbr və qiyamətdə rahat, Cənnətdə isə kam alan olar. İslаm mааrif vә mәdәniyyәtini yаymаq işindә tәbliğçilәrin köməyinə çatanaq növbəti kitab isə "Qırx məclis, min hədis" adlanır. "Cəmiyyətdə qadın kişi münasibətlərinin şəri hökmləri" adlı kitab şəri hökmlər məcmuəsinə tam başqa bir cəhətdən nəzər yetirir və İslamda qadın və kişi əlaqələrinin hökmünü bəyan edir. Yeni qarşıya çıxan məsələlərə nəzər yetirməklə bu məcmuənin yazılması zəruri nəzərə çarpır. Çox dəyərli hesab olunan növbəti kitab isə "İnsan həyatında təqlidin rolu" adlanır. Kitabda insanın bütün seçimlərində məqsədə çatmaq üçün zəruri biliklərə malik olmasından bəhs edilir. Əlavə etdiyimiz sonuncu kitab isə "Ramazan nuru" adlanır. Kitab adından da göründüyü kimi, Ramazan ayından bəhs edir, onun fəzilətlərini anladır.

Google+ WhatsApp ok.ru