Malayziyada eşitmə əngəllilər üçün Quran tətbiqi hazırlandı

Malayziyada eşitmə əngəllilər üçün Quran tətbiqi hazırlandı

Malayziya İslam Universitetində eşitmə əngəllilər üçün Qurani-Kərim tətbiqi hazırlanıb.

Maide.Az İQNA-ya istinadən xəbər verir ki, bu tətbiq sayəsində eşitmə əngəlli insanlar Quran oxumağı öyrənə biləcəklər.

Layihənin rəhbəri Nurakiyari Muhammad Ravs 27 sentyabrdan etibarən 11 surənin hazırlanaraq tətbiqə yüklənildiyini söyləyib.

O, layihənin davam etdirilməsi üçün maddi dəstəyə ehtiyac olduğunu deyib.

Google+ WhatsApp ok.ru